Luiza Morsinq: İsveç Azərbaycanla ikitərəfli münasibətləri möhkəmləndirməyi hədəfləyir

Xarici siyasət
  • 10 sentyabr, 2026
  • 18:56
Luiza Morsinq: İsveç Azərbaycanla ikitərəfli münasibətləri möhkəmləndirməyi hədəfləyir

İsveç Azərbaycanla ortaq tarixə söykənərək və investisiya, ticarət, dayanıqlı inkişaf və təhsil kimi sahələrdə əməkdaşlığı inkişaf etdirərək ikitərəfli münasibətlərin möhkəmləndirilməsini davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Luiza Morsinq "Facebook"dakı videomüraciətində bildirib.

"Mən İsveçin Azərbaycandakı səfiri kimi fəaliyyətə başlamaqdan çox məmnunam. Bakıya yenicə gəlsəm də, artıq özümü bir az evdəki kimi hiss etdirən yer kəşf etmişəm – bura Nobel qardaşlarının Bakıdakı ev-muzeyi olan Villa Petroleadır", - o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Azərbaycanla tanışlığı davam etdirməyi və onun bir çox sakinləri ilə görüşməyi səbirsizliklə gözləyir.

44 - Tezliklə