"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
Fərdi
- 29 avqust, 2026
- 20:42
Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
"Report"un məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib.
Rəqibini məğlub edən Ö. Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.
Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.
Son xəbərlər
13:48
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə13:35
İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb
Digər ölkələr13:15
Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var
Xarici siyasət13:09
Mərakeş millisinin futbolçusu Sofyan Amrabat "Ayaks"a keçib
Futbol12:57
Zelenski: Rusiyanın hücumu nəticəsində Buçada 38 nəfər ölüb, 4 insan itkin düşüb
Digər ölkələr12:35
Sabah Bakıda intensiv yağış yağacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya12:34
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
Futbol12:19
"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
Futbol12:12