Boks üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Fərdi
- 24 fevral, 2020
- 09:21
Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.
Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 29 yaşlı Elvin Məmişzadəyə yığmanın böyük məşqçisi vəzifəsi həvalə edilib.
Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.
Son xəbərlər
11:18
Rusiya Ukraynada neft emalı zavodunu və nəqliyyat-logistika mərkəzini vurub
Region11:18
Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Fərdi11:16
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb
Maliyyə11:15
Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb
Region11:00
SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib
Energetika10:58
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Hadisə10:49
Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq
Elm və təhsil10:44
Dünya Bankı Nepala 260 milyon dollardan çox məbləğdə yardım göstərəcək
Digər ölkələr10:35