Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib
Fərdi
- 18 avqust, 2017
- 05:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 avqust. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax İspaniyanın Barselona şəhərində baş vermiş terror aktını pisləyib.
"Report"un məlumatına görə, almaniyalı funksioner dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.
"Barselonadakı terror aktı 1992-ci il olimpiadasının keçirildiyi şəhərdəki olimpiya dəyərlərinə də hücum deməkdir. Biz bu hadisəni pisləyirik. Bütün zərərçəkənlər, onların ailələri və dostlarının yanındayıq" - T.Bax İOC-un "Twitter" mikrobloqunda yazıb.
Qeyd edək ki, avqustun 17-də mikroavtobus Barselonanın mərkəzində piyadaların hərəkət etdiyi Rambla küçəsinə daxil olub. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Son xəbərlər
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr
01:28
İspaniyanın nəqliyyat naziri Toledodakı qatar faciəsindən sonra istefa verib
Digər ölkələr
01:20
Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
Digər ölkələr
01:10
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Region
01:03
Serbiya parlamenti ölkənin Aİ-yə qəbulu siyasətini davam etdirmək niyyətindədir
Digər ölkələr
00:38
Valdas Dambrauskas: "Vikinq"lə matça digər oyunlardakı kimi hazırlaşmışıq
Futbol
00:20
Fransanın XİN rəhbəri ölkədəki etirazları hökumətin uğursuzluğu kimi etiraf edib
Digər ölkələr