Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək

Fərdi
  • 01 noyabr, 2025
  • 14:57
Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan motokross çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, yarış noyabrın 11-də Badamdar ərazisində baş tutacaq.

Tədbirin əsas məqsədi Azərbaycanda motoidmanın inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini yad etməkdir.

Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Yarış günü tamaşaçılar həyəcanlı mərhələlər, nümunəvi çıxışları, moto-şou və motosiklet sərgilərinə şahidlik edəcəklər.

Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq motokross çempionatının növbəti illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti