Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək

Fərdi
  • 29 aprel, 2016
  • 12:51
Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək

Bakı. 29 aprel. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Pençak silat döyüş sənəti üzrə 10-cu respublika çempionatı keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, çempionat 30 aprel - 1 may tarixlərində keçiriləcək.

Ümumilikdə yarışda Azərbaycan və bir sıra digər ölkələrdən təxminən 500 idmançı iştirak edəcək.

Qeyd edək ki, Pençak silat İndoneziyanın döyüş sənəti sayılır.