Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib
Fərdi
- 28 dekabr, 2023
- 12:32
Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbir Avropa Cüdo Birliyinin Kata Komissiyasının rəhbəri, 7-ci dan ustası, doktor Bradik Slavisanın iştirakı ilə təşkil olunub.
Proqrama ümumilikdə 85 mütəxəssis cəlb edilib. B.Slavisa təlim zamanı cüdo texnikalarının və fəndlərinin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrini və praktiki fikirlərini məşqçilərlə bölüşüb. Seminarda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan məşqçilər iştirak ediblər.
Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. ACF 2022-ci ilin əvvəlindən bu qurumla əməkdaşlıq edir.
Son xəbərlər
04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42
Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb
Region03:05
Türkiyə Ukraynaya yeni səfir təyin edib
Digər ölkələr02:44
İraqda döyüş dronlarının hazırlanması ilə əlaqəli qrup saxlanılıb
Digər ölkələr02:09
ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin hasilatı ilə əlaqəli şirkətin aktivlərini dondurub
Digər ölkələr01:35
Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib
Digər ölkələr01:12
Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
Digər ölkələr00:55
Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb
Digər ölkələr00:30