Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb

Digər ölkələr
  • 09 avqust, 2026
  • 00:55
Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı səviyyəyə çatıb.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, isti və quraqlıq səbəbindən çay yatağı gündən-günə daha çox üzə çıxır.

Luara sahilində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, suyun hazırkı səviyyəsi ilə regionda tarixi daşqının qeydə alındığı fevral ayındakı göstərici arasındakı fərq 8-9 metr təşkil edir.

O həmçinin yaxın vaxtlarda yağıntı düşməyəcəyi təqdirdə, şəhərdə içməli suyun istifadəsinə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyindən narahatlığını ifadə edib.

Qeyd olunub ki, Avropanın digər böyük çayları, o cümlədən Reyn və Dunay kimi, Luaranın da dayazlaşması yağıntıların kifayət qədər olmaması və son aylarda müşahidə edilən anomal isti hava ilə əlaqədardır.

44 - Tezliklə