Bakıda Azərbaycan boksunun banisinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayır
Fərdi
- 21 dekabr, 2017
- 05:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.
Azərbaycan Boks Federasiyasından (ABF) “Report”a verilən məlumata görə, yarış 4 gün davam edəcək.
ABF-nin idman zalında baş tutacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları çıxış edəcəklər.
Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda Azərbaycan 3 komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, döyüşlər bu gün saat 16:00-da başlayacaq. Final qarşılaşmaları isə dekabrın 24-nə təsadüf edəcək.
Son xəbərlər
07:42
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Digər ölkələr
07:13
Foto
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Hadisə
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr