Azərbaycanlı gimnast: Yarışın ilk günü çətin olsa da, gözəl çıxış etdik

Fərdi
  • 15 noyabr, 2025
  • 17:19
Azərbaycanlı gimnast: Yarışın ilk günü çətin olsa da, gözəl çıxış etdik

Azərbaycanlı gimnast Mədinə Mustafayeva Avropa çempionatında yarışın ilk günü çətin olsa da, gözəl çıxış etdiklərini bildirib.

"Report"un Qərb bürosunun məlumatına görə, xanım idmançı jurnalistlərə açıqlamasında Aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günündə təsnifat mərhələsində göstərdikləri nəticədən razı olduğunu deyib:

"Komanda yoldaşım Vladimir Dalmatovla birgə çıxışımdan razı qaldım. Yarışın ilk günü çətin gün olur, ancaq buna baxmayaraq, gözəl çıxış etdik. Düşünürəm ki, final mərhələsində daha inamlı çıxış edib himnimizi səsləndirəcəyik".

Qeyd edək ki, Gəncə İdman Sarayında 18 ölkədən 151 idmançının qatıldığı aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir.

Yarışa noyabrın 16-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti