Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub
Fərdi
- 14 mart, 2023
- 17:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Aleksandrin Qutunu sınağa çəkib. Rəqibinə 3:6 hesabı ilə uduzan Həsənli ikinci yerlə kifayətlənib.
130 kq-da yer alan Sərxan Məmmədov "bürünc" görüşündə türkiyəli Muhammet Bakıra uduzaraq medalsız qalıb.
Qeyd edək ki, martın 15-də Azərbaycanın daha 3 yunan-Roma güləşçisi - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) final görüşlərini keçirəcəklər. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Son xəbərlər
03:05
Tramp İran gələcəkdə təslim yolunu seçəcəyini bildirib
Digər ölkələr02:38
Xəzər dənizində zəlzələ baş verib
Hadisə02:17
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 440 nəfər saxlanılıb
Digər ölkələr01:52
ABŞ-də süni intellektin tənzimlənməsi üzrə komitə yaradıla bilər
Digər ölkələr01:25
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
Digər ölkələr01:04
ABŞ-də dövlət xidmətlərinə çıxış üçün süni intellekt platforması yaradılır
Digər ölkələr00:53
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib
Futbol00:31
Vaxtanq Caraia: Orta Dəhliz Azərbaycan və Gürcüstan üçün strateji əhəmiyyət daşıyır
Region00:19