Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazanıblar

Fərdi
  • 30 sentyabr, 2026
  • 17:21
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "WTT Youth Contender Tbilisi 2026" turnirində 5 medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb.

Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş kateqoriyasında bürunc medala sahib çıxıblar.