Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib

Fərdi
  • 20 avqust, 2026
  • 20:00
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib

Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

"Report"un məlumatına görə, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.

Rəqibini məğlub edən Qurbanova həlledici görüşə vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.

Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.