​Azərbaycanın cüdo yığması “Böyük dəbilqə” turnirində 58 komanda arasında 5-ci olub

Fərdi
  • 03 noyabr, 2014
  • 06:07
​Azərbaycanın cüdo yığması “Böyük dəbilqə” turnirində 58 komanda arasında 5-ci olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan millisi komanda hesabında 58 ölkə arasında 5-ci yeri tutub. “Report”un məlumatına görə, yarışa 10 cüdoçu ilə qatılan yığma 4 medal qazanıb.

Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) isə bürünc medalı milli komandanın aktivinə yazdırıblar.

Qeyd edək ki, turnirin qalibi adına Almaniya millisi (3 qızıl, 2 gümüş, 2 bürünc) layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq Hollandiya (1-2-1), Rumıniya (1-2-1) və Rusiya (1-1-3) yığmaları tutublar.