Azərbaycanın boks millisinin baş məşqçisi: "Toplanışların bəhrəsini Avropa çempionatında gördük"
- 27 oktyabr, 2025
- 15:43
Azərbaycanın 15 yaşadək oğlan boksçulardan ibarət millisi keçirdiyi təlim-məşq toplanışlarının bəhrəsini Avropa çempionatında görüb.
Bunu "Report"a açıqlamasında sözügedən yığmanın baş məşqçisi Vüqar Məmmədov deyib.
O, Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan boksçuların çıxışından danışıb:
"Qitə birinciliyinə çox yaxşı hazırlamışdıq. Şamaxıda və Bakıda, həmçinin Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışları keçmişdik. Bunun da bəhrəsini yarışda görduk. Komanda hesabında altıncı sırada qərarlaşdıq. Medallarmızın sayı daha cox ola bilərdi. lLkin bəzi boksçularımız Avropa çempionatında debüt etidkləri üçün təcrübəsizlik sözünü dedi. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı nəticələr qazanaq və ölkəmizin adını daha yüksəklərə qaldıraq".
Qeyd edək ki, qazanılan medallardan 1 qızıl, 2 gümüş, 3 bürünc oğlanların, 1 qızıl və 1 gümüş isə qızların payına düşüb.