Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib
Fərdi
- 12 iyun, 2017
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan şahmat tarixində ilk dəfə 5 yaşlı uşaq yeni rekord təyin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, idarə tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. “Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
Qeyd edək ki, Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.
Son xəbərlər
05:24
Tramp demokratları onun çıxışlarında etirazların təşkilində günahlandırıb
Digər ölkələr04:55
Keniyada eboladan ilk ölüm halı qeydə alınıb
Digər ölkələr04:28
"Bloomberg" ABŞ-yə aid "F-35" hissələrinin Çinə necə gedib çıxdığını aydınlaşdırıb
Digər ölkələr03:51
"Blue Origin" şirkəti dekabrda "New Glenn" raketini yenidən buraxmağı planlaşdırır
Digər ölkələr03:07
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
Xarici siyasət02:55
Albaniyada 130 gündür, etirazlar davam edir
Digər ölkələr02:13
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
Digər ölkələr01:41
Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var
Digər ölkələr01:16