Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb
Fərdi
- 18 dekabr, 2024
- 06:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.
Üzgüçülük Federasiyasından "Report"a verilən məlumata görə, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.
14 yaşlı üzgüçü 50, 100 və 200 metr məsafələrə brass üsulu üzrə üzməkdə bütün rəqiblərini üstələyib.
Bundan başqa, Y.Maynitski 200 metr məsəfəyə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.
İdmançı kəpənək üsulunda 50 metr məsafədə üçüncü olub.
Beləliklə Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.
Son xəbərlər
08:14
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:08
Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb
İqtisadiyyat07:46
Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Futbol07:42
Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb
Region07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16