Azərbaycan təmsilçisi Raman Salei Avropa çempionatında finala vəsiqə qazanıb

Fərdi
  • 07 sentyabr, 2026
  • 14:37
Azərbaycan təmsilçisi Raman Salei Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, o, 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:03.38 nəticə göstərib.

R.Salai yarışda S12 kateqoriyasında mübarizə aparır.

Xatırladaq ki, Avropa çempionatında yeniyetmə paraüzgüçü Əli Vəliyev də çıxış edir.