Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar

Fərdi
  • 12 noyabr, 2026
  • 23:41
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar

Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.

8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O, Avropa çempionatının bürünc medalçısı olub.

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.

44 filmi