Azərbaycan idmançısı Almaniyanın açıq çempionatında uğurlu çıxış edib

Fərdi
  • 04 sentyabr, 2023
  • 12:31
Azərbaycan idmançısı Almaniyanın açıq çempionatında uğurlu çıxış edib

Azərbaycan yığmasının üzvü Aqata Zəhrabəyova sentyabrın 1-3-də keçirilən atçılıq idmanının dresaj növü üzrə Almaniyanın açıq çempionatında uğurlu çıxış edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, o, 25 idmançının iştirakı ilə baş tutan həlledici mərhələdə 3-cü yeri tutub.

Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır və ölkəmizi Avropanın ən mötəbər turnirlərində təmsil edir.

44 - Tezliklə