Azərbaycan boksçusu Avropa birinciliyində ermənistanlı rəqibini məğlub edərək finala yüksəlib
Fərdi
- 28 iyun, 2024
- 15:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
Son xəbərlər
10:58
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb
Digər ölkələr10:38
Foto
Video
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Hadisə10:24
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Digər ölkələr10:03
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Komanda09:43
Foto
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
Fərdi09:35
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
Futbol09:34
MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb
Digər ölkələr09:05
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
Komanda08:53