​Azad Rəhimov: "2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı qərar yoxdur"

Fərdi
  • 09 sentyabr, 2015
  • 15:02
​Azad Rəhimov: 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı qərar yoxdur

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı namizədliyini verməyib. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, hələ müzakirələr gedir və ayın 15-dək yekun qərar veriləcək: "Hazırda məsələyə hərtərəfli baxılır və təhlil olunur".

Nazirin sözlərinə görə, namizədlikdə əsas maddi məsələlərdir: "Bununla yanaşı, digər məsələlər də çoxdur. Qısa müddətdə yeni gündəlik qəbul olunmalı və təqdim etməliyik".