Avstriyalı UFC döyüşçüsü: "Bakıdakı turnirin bir parçası olduğum üçün qürur duyuram"
Fərdi
- 18 iyun, 2025
- 10:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UFC döyüşçüsü Boqdan Qrad Bakıdakı tarixi turnirin bir parçası olduğu üçün qürur duyur.
"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək avstriyalı MMA döyüşçüsü Boqdan Qrad mətbuat konfransında deyib.
29 yaşlı idmançı üç raund üçün hazır olduğunu bildirib:
"Düşünürəm ki, İşin öhdəsindən gələ biləcəyəm. Avropada hamının məni dəstəkləyəcəyini düşünürəm. İlk olaraq qarşıdakı rəqibimlə görüşə köklənmişəm. Ondan sonra nələrin olacağını görəcəyik".
Döyüşçü UFC-də döyüşməyə hər zaman hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Boqdan Qrad Tacikistan təmsilçisi Məhəmməd Mayimovla üz-üzə gələcək.
Son xəbərlər
15:04
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb
Maliyyə
15:02
Foto
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları qarşıda duran çağırışları müzakirə edib
Maliyyə
15:02
Yaylagül Ramazanova: "Azərbaycan Superkubokunda məqsədim qalib gəlməkdir"
Fərdi
15:01
Elbay Qasımzadə: Bakının tıxac problemi maşınların yox, düşüncəmizin problemidir – MÜSAHİBƏ
Mədəniyyət siyasəti
15:00
Azərbaycan turizmlə bağlı tədbirə ev sahibliyi edəcək
Turizm
14:59
Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
Sənaye
14:58
Foto
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət
14:49
400-ə yaxın alim süni intellektə nəzarət üzrə beynəlxalq orqan yaratmağa çağırış edib
Digər ölkələr
14:44
Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb
Futbol