Amerikalı tennisçi Cessika Pequla "Böyük Dəbilqə"nin tarixinə düşüb

Fərdi
  • 09 sentyabr, 2026
  • 11:07
Amerikalı tennisçi Cessika Pequla Böyük Dəbilqənin tarixinə düşüb

ABŞ təmsilçisi Cessika Pequla "Böyük Dəbilqə" turnirlərində 30 yaşından sonra 4 dəfə yarımfinala yüksələn ilk tennisçi kimi tarixə düşüb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, idmançı ABŞ Açıq çempionatının 1/4 finalında həmyerlisi Emma Navarronu məğlub edərək (3:6, 6:4, 6:3) bu uğura imza atıb.

Cessika Pequla finala vəsiqə uğrunda matçda belaruslu Arina Sobolenko ilə qarşılaşacaq.

44 - Tezliklə