AMADA WADA-nın büdcəsinə tələb olunan illik üzvlük haqqını tam şəkildə ödəyib
Fərdi
- 31 iyul, 2019
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Agentliyinin (WADA) büdcəsinə tələb olunan illik üzvlük haqqını tam şəkildə ödəyib.
“Report” xəbər verir ki, bu barədə WADA-nın hesabatından bildirilir. AMADA-nın 2019-cu il üçün ödənişi 33 min 967 dollar təşkil edib. Avropada ən böyük məbləğdə illik ödəniş Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və İtaliyadan tələb olunur. Bu ölkələrin hamısı artıq nəzərdə tutulan 946 min 747 dolları WADA-nın büdcəsinə köçürüblər. Hazırda ən çox borcu olan ölkə Rumıniyadır - 93 min 592 dollar.
2021-ci ilə qədər WADA-nın büdcəsinə ödənişlər illik 8 faiz artacaq.
Qeyd edək ki, WADA-nın büdcəsinə ən çox illik ödənişi ABŞ edib - 2 milyon 513 min 651 dollar.
Son xəbərlər
13:39
Böyük Britaniya Rusiyaya qarşı 31 yeni sanksiya tədbiri tətbiq edib
Digər ölkələr13:35
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr13:32
Gəncədə 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Hadisə13:25
Foto
Bakıda AQEM-in Media Forumu keçirilib - YENİLƏNİB
Media13:23
AQEM Media Forumunda mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu müzakirə olunub
Xarici siyasət13:21
Rusiya səfiri PUA-larla bağlı insidentlərə görə Moldova XİN-ə çağırılıb
Digər ölkələr13:20
Sabah Azərbaycanda leysan yağacaq
Ekologiya13:16
İspaniyanın bir sıra regionlarında qırmızı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr13:14
Foto