Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 01 oktyabr, 2026
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
"Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib.
Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şamil edilib. Xüsusilə sanksiyalardan yan keçməklə Rusiyanın mayeləşdirilmiş təbii qazının daşınması üçün istifadə olunan gəmilərə, həmçinin Londonun rusiyayönümlü dezinformasiyanın yayılması və Ukrayna vətəndaşlarının hüquqlarının pozulması ilə əlaqələndirdiyi şəxslərə qarşı məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa, məhdudiyyətlər Londonun rusiyayönümlü dezinformasiyanın yayılması ilə əlaqələndirdiyi dörd Gürcüstan vətəndaşını da əhatə edib.
Eyni zamanda sanksiya paketi çərçivəsində Britaniya tərəfinin kölgə donanmasına aid etdiyi üç gəmiyə, onlara bunkerləmə xidmətləri göstərən iki gəmiyə və Rusiyanın üç buzqıran gəmisinə qarşı məhdudiyyətlər tətbiq edilib.
Məlumata görə, fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması və trast xidmətlərinin göstərilməsinin məhdudlaşdırılması, fiziki şəxslərin isə həm də Böyük Britaniyaya girişinə qadağa qoyulması nəzərdə tutulub. Gəmilərə münasibətdə gəmiçilik və ticarət əməliyyatlarına məhdudiyyətlər tətbiq edilib.
Britaniya XİN, həmçinin Yaponiya və Koreya Respublikasının enerji təhlükəsizliyini təmin etmək məqsədilə mayeləşdirilmiş təbii qazın dəniz nəqliyyatı ilə lə daşınması üçün ayrı-ayrı lisenziyaların qüvvədə olma müddətinin məhdud müddətə uzadıldığını bildirib.