İspaniyanın bir sıra regionlarında qırmızı təhlükə səviyyəsi elan edilib
- 01 oktyabr, 2026
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın Valensiya və Kataloniya muxtar icmalarında tufan və leysan yağışları ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.
"Report" xəbər verir ki, bu barədə yerli media İspaniya Dövlət Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
"Valensiya, Kastelyon və Taraqonanın cənub sahili qırmızı təhlükə səviyyəsindədir. Ətraf ərazilərdə narıncı təhlükə səviyyəsi saxlanılır", - məlumatda bildirilib.
Qeyd edilib ki, bəzi rayonlarda şiddətli yağışlar qəfil daşqınlara və çayların daşmasına səbəb ola bilər.
İspaniyanın Baş naziri Pedro Sançes də sosial şəbəkələrdə bir sıra regionlarda əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib: "Valensiya və Kataloniyada tufan, leysan ilə əlaqədar qırmızı xəbərdarlıqlar elan edilib. Vəziyyətin son dərəcə əlverişsiz olacağı gözlənilir".