AGF rəsmisi yenidən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinə üzv seçilib

Fərdi
  • 25 oktyabr, 2024
  • 09:22
AGF rəsmisi yenidən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinə üzv seçilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci Hesabat-seçki Konqresində qurumun bədii gimnastika üzrə Texniki Komitəsinə yenidən üzv seçilib.

"Report"un məlumatına görə, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.

Natalya Bulanova