AGF nümayəndəsi: "Avropa çempionatının Gəncədə keçirilməsi sevindirici məqamdır"

Fərdi
  • 10 noyabr, 2025
  • 13:54
AGF nümayəndəsi: Avropa çempionatının Gəncədə keçirilməsi sevindirici məqamdır
Sara Şükürova

Aerobika üzrə Avropa çempionatının Gəncə şəhərində keçirilməsi sevindirici məqamdır.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova açıqlama verib.

Gəncədə ilk dəfə keçirilən gənclər və 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatı barədə danışan qurum rəsmisi turnirə marağın yüksək olduğunu bildirib:

"İyirmi ölkədən 380 gimnast medallar uğrunda mübarizə aparır. Onların valideynləri, məşqçilər korpusu sabahkı finalı səbirsizliklə gözləyirlər. Sabah gənclər və 15 yaşadək gimnastlar arasında yarışlara yekun vurulacaq. Noyabrın 14-16-da isə Gəncə İdman Sarayında böyüklər arasında Avropa çempionatı baş tutacaq".

Qeyd edək ki, Avropa birinciliyində ümumilikdə 20 ölkədən 380 gimnast iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti