AGF-nin baş katibi: "Avropa çempionatının Gəncədə keçirilməsi gözəl təşəbbüsdür"

Fərdi
  • 11 noyabr, 2025
  • 13:36
AGF-nin baş katibi: Avropa çempionatının Gəncədə keçirilməsi gözəl təşəbbüsdür

Gimnastika üzrə Avropa çempionatının Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə jurnalistlərə açıqlamasında deyib.

O, Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatı barədə danışıb:

"Üç gün ərzində gimnastların maraqlı çıxışlarını izlədik. Xaricdən gələn insanları burada görmək çox gözəl hissdir. Həqiqətən də tribunalarda yaxşı atmosfer var. Noyabrın 14-16-da eyni məkanda böyüklər arasında Avropa çempionatı təşkil olunacaq. Hər kəsi Gəncədə reallaşan aerobika gimnastikası üzrə Avropa çempionatını izləməyə dəvət edirik. Yeri gəlmişkən, nümayəndə heyəti Gəncə İdman Sarayında olan təşkilatçılıqdan razı qaldı. Biz uzun müddətdir bu turnirə hazırlaşırdıq. Yarışın tarixi Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür".

Qeyd edək ki, qitə birinciliyində ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.

Son xəbərlər

Bütün Xəbər Lenti