Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları imtahanı keçirilib
Fərdi
- 20 fevral, 2026
- 20:45
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları imtahanı keçirilib.
"Report" xəbər verir ki, imtahanda 37 cüdoçu iştirak edib.
U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə idmançılar baza hərəkətlərini, eləcə də ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə texnikaları nümayiş etdiriblər.
İmtahan zamanı hər biletdə 10 sual təqdim olunub və hər sual maksimum 10 xalla qiymətləndirilib.
Qeyd edək ki, idmançının yarışda topladığı xalın 70%-i, imtahan göstəricisinin isə 30%-i toplanaraq ümumi balını formalaşdırır. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığını, həm də rəqabət səviyyəsini paralel şəkildə inkişaf etdirməyə xidmət edir.
Son xəbərlər
10:28
Gülşən Rzayeva: "WUF13 Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir"
İnfrastruktur10:25
"Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" razılaşdırma mərhələsindədir
İKT10:25
Göyçay sakinindən avtomat və narkotik götürülüb
Hadisə10:21
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun yenilənməsi təklif olunub
Milli Məclis10:16
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
Futbol10:11
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət10:09
BP-yə yeni vitse-prezident təyin olunub
Energetika10:04
Yüksək Liqanın XV turunda iki qarşılaşma baş tutacaq
Komanda10:03