Yunanıstan Nazirlər Kabineti DEPA Dövlət Qaz Korporasiyasında pay satmağı planlaşdırmır

Energetika
  • 31 yanvar, 2015
  • 06:07
Yunanıstan Nazirlər Kabineti DEPA Dövlət Qaz Korporasiyasında pay satmağı planlaşdırmır

Bakı. 31 yanvar. REPORT.AZ/ Yunanıstan hökuməti Dövlət Enerji Korporasiyası (DEK) və "ELPE" Yunanıstan Neft-Qaz Şirkətinin gələcək özəlləşdirilməsini ləğv edir, ölkənin Nazirlər Kabineti isə DEPA Dövlət Qaz Korporasiyasında 65% payı satmağı planlaşdırmır. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın yeni istehsalat islahatları naziri Panayotis Lafazanis bildirib. 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə DESFA qazpaylaşdırıcı şəbəkə operatorunun satışı üzrə 2013-cü ildə bağlanan sözləşməyə gəldikdə isə, o qeyd edib ki, dövlət yalnız Avropa Komissiyasının qərarından sonra hərəkət edəcək. "Biz Avropa Komissiyasının qərarını gözləyəcəyik və gələcək tədbirlərimizi müəyyən edəcəyik", - nazir vurğulayıb.

Yunanıstan maliyyə nazirinin birinci müavini Nadya Valavani bildirib ki, hökumət Yunanıstanın Dövlət Əmlakının İdarə Olunması Fondunu (HRADF) ləğv edir. Beləliklə, ölkədə özəlləşmə prosesi başa çatır.