Yanvarda Azərbaycan polipropilen ixracından qazancını cüzi artırıb
- 17 fevral, 2022
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6,501 min ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 10,306 milyon ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar ilə müqayisədə müvafiq olaraq 31,6 % az və 2,4 % çoxdur.
Bu ilin yanvar ayı ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,44 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,33 % olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.