Xorvatiya Azərbaycandan neft idxalını 8 %-dən çox azaldıb

Energetika
  • 17 sentyabr, 2025
  • 16:20
Xorvatiya Azərbaycandan neft idxalını 8 %-dən çox azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Xorvatiyaya 919 min 870,22 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 497 milyon 444,69 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 8,5 %, dəyəri isə 20,7 % azdır.

Azərbaycandan Xorvatiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,78 % olub.

Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 396 milyon 005,89 min ABŞ dolları dəyərində 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. 

Bu dövrdə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti