Türkiyə III rüb üçün boru kəməri qazının spot idxalına dair müraciətlərin qəbulunu elan edib

Energetika
  • 01 iyun, 2024
  • 09:02
Türkiyə III rüb üçün boru kəməri qazının spot idxalına dair müraciətlərin qəbulunu elan edib

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) bu ilin iyul ayı və üçüncü rübündə spot qaz tədarükünə dair tutumun sifarişi üzrə müsabiqədə iştirak etmək üçün lisenziya sahiblərinin müəyyən edilməsi məqsədilə müraciətlərin qəbulunu elan edib.

“Report” bu barədə EPDK-ya istinadən xəbər verir.

Müsabiqə boru kəməri qazının Türkiyəyə spot idxalı üçün Türkiyə tənzimləyicisindən lisenziya almış şirkətlər arasında keçirilir.

EPDK 2024-cü ilin III rübü üçün boru kəməri qazının spot idxalı üçün giriş nöqtələrini və tutumlarını müəyyən edib: “Frakiya” – Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə tədarük üçün - gündəlik 7 milyon 678 min kubmetr, “Türkgözü” ilə gündəlik 6 milyon 251 min kubmetr və “Kıyıköy” giriş nöqtəsi ilə isə gündəlik 13 milyon 064 min kubmetr təşkil edir.

Tənzimləyici iyul ayı üçün də boru kəməri qazının spot idxalı ilə bağlı giriş nöqtələrini və tutumlarını müəyyən edib: “Frakiya” - TANAP vasitəsilə tədarük üçün gündəlik 853 min kubmetr, “Türkgözü” giriş nöqtəsi ilə gündəlik 1 milyon 863 min kubmetr və “Kıyıköy”dən isə gündəlik 7 milyon 839 min kubmetr təşkil edir.

Xatırladaq ki, tənzimləyici iyun ayı üçün boru kəməri qazının spot idxalına dair üç giriş nöqtəsi və tutumlar müəyyən edib: Bu, Frakiya – Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə tədarük (gündəlik 853 min kubmetr), “Türkgözü” (gündəlik 1 milyon 863 min kubmetr) və “Kıyıköy” (gündəlik 7 milyon 839 min kubmetr) təşkil edir.

44 filmi