Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 16 %-dək artıb

Energetika
  • 21 dekabr, 2022
  • 09:36
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 16 %-dək artıb

Bu ilin noyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 20,42 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 2,743 milyon barel və yaxud 15,5 % çoxdur.

Bu ilin yanvar-noyabr aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 205,548 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,913 milyon barel və yaxud 12,5 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.