TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 24 iyun, 2024
  • 06:14
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 24-də qaz tədarükü üçün 366 milyon 033 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,22 % azdır.

Kipoi çıxış nöqtəsindən iyunun 25-dən 30-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyunun 18-dən 22-dək olan sifariş həcmi ilə müqayisədə 9,76 %, iyunun 23-nə olan sifarişin həcmi ilə müqayisədə isə 9,56 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 24-dən 30-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 24-də qaz tədarükü üçün 41 milyon 829 min 986 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 33,08 % azdır. İyunun 25-dən 30-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyunun 18-i və 19-unun göstəricisi ilə müqayisədə 29,7 % azdır. İyunun 20-nə olan sifarişin həcmi ilə müqayisədə 27,8 %, iyunun 21-i və 22-inə olan sifarişin həcmi ilə müqayisədə təxminən 27,5 % azdır. İyunun 23-nə olan göstəricisi ilə müqayisədə isə demək olar eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 24-də qaz tədarükü üçün 308 milyon 516 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,38 % çoxdur. İyunun 25-dən 30-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin iyunun 18-nə və 19-na olan sifariş həcmi ilə müqayisədə 11,5 %, iyunun 20-na olan sifariş həcmləri ilə müqayisədə 11,8 %, iyunun 21-nə olan sifariş həcmləri ilə müqayisədə 12,06 % azdır. Ötən həftənin şənbə və bazar günlərinə olan sifarişin həcmi ilə müqayisədə isə 10,6 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.