TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 01 iyul, 2024
- 07:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 1-də qaz tədarükü üçün 366 milyon 835 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,22 % çoxdur.
Kipoi çıxış nöqtəsindən iyulun 2-dən 7-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyunun 25-dən 28-dək olan sifariş həcmi ilə müqayisədə 9,76 %, iİyunun 29-dan 30-dək olan göstəriciyə nisbətən 9,77 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 1-dən 7-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 1-dən iyulun 7-dək qaz tədarükü üçün 48 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 15,58 % çoxdur.
Bu həcmlər ötən həftənin iyunun 25-inə olan göstəricisi ilə müqayisədə 33,08 % azdır. İyunun 26-na olan sifariş həcmi ilə müqayisədə 37,23 %, iyunun 27-nə olan sifariş həcmi ilə müqayisədə təxminən 29,83 % azdır. İyunun 28-nə olan göstəriciyə nisbətən isə 29,55 % azdır. Bundan başqa, iyunun 29-na olan göstərici ilə müqayisədə isə bu həcmlər 9 % azdır. Ötən həftənin bazar gününün, yəni iyunun 30-na olan göstərici ilə müqayisədə isə dəyişməz qalıb.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 1-də qaz tədarükü üçün 306 milyon 068 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,79 % azdır. İyulun 2-dən 7-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin iyunun 25-nə olan sifariş həcmi ilə müqayisədə 10,82 %, iyunun 26-na olan sifariş həcmləri ilə müqayisədə isə 9,93 % azdır. Bu çıxış nöqtəsindən iyunun 27-i və 28-nə olan sifariş həcmləri ilə müqayisədə 14,43 % azdır. Ötən həftənin şənbə və bazar günlərinə olan sifariş həcmi ilə müqayisədə isə 11,13 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.