STAR neft emalı zavodunun LPG istehsalı 16 %-dən çox azalıb

Energetika
  • 30 iyun, 2023
  • 12:15
STAR neft emalı zavodunun LPG istehsalı 16 %-dən çox azalıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 14 min 784 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 2 min 908 ton və ya 16,4 % azdır.

Ümumilikdə, 2023-cü ilin aprel ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 79 min 620 ton LPG istehsal edilib ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 8 min 161 ton və ya 9,3 % azdır.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.