SOCAR və “ExxonMobil” Azərbaycanda reallaşdırılacaq yeni layihələri müzakirə ediblər

Energetika
  • 20 mart, 2025
  • 12:57
SOCAR və “ExxonMobil” Azərbaycanda reallaşdırılacaq yeni layihələri müzakirə ediblər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “ExxonMobil” korporasiyası arasında ölkədə reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan “ExxonMobil” korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
⁠

Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.