"SOCAR Trading": Cenevrədəki biznes fəaliyyətimiz davam etdirilir

Energetika
  • 26 may, 2016
  • 09:35
SOCAR Trading: Cenevrədəki biznes fəaliyyətimiz davam etdirilir

Bakı. 26 may. REPORT.AZ/ "SOCAR Trading" şirkəti Cenevrədəki hazırkı biznes fəaliyyətini davam etdirir". "Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.

"KİV-də "SOCAR Trading"in bağlanması ilə bağlı yer alan məlumatla əlaqədar olaraq qeyd etmək istərdik ki, bu məlumat qeyri-dəqiqdir və Cenevrədəki bütün hazırkı biznes fəaliyyətimizi davam etdiririk", - deyə məlumatda qeyd olunub.