SOCAR "Shell" ilə enerji sektorunun müxtəlif seqmentləri üzrə əməkdaşlığı müzakirə edib

Energetika
  • 01 iyun, 2026
  • 19:08
SOCAR Shell ilə enerji sektorunun müxtəlif seqmentləri üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Shell" şirkəti arasında Azərbaycanda və digər ölkələrdə enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Shell" şirkətinin icraçı vitse-prezidenti Valid Hadi ilə görüşdə aparılıb.

Bu xüsusda, bu gün SOCAR və "Shell" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub.

Tərəflər "upstream", "midstream", "downstream", insan kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

44 - Tezliklə