SOCAR: Ötən il 1 ton neftin istehsal maya dəyəri 12 %-ə yaxın artıb

Energetika
  • 15 sentyabr, 2025
  • 11:07
SOCAR: Ötən il 1 ton neftin istehsal maya dəyəri 12 %-ə yaxın artıb

Ötən il Azərbaycanda 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil edib.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8 % çoxdur.

Məlumata görə, SOCAR üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1 %, yanacaq xərcləri 0,3 %, elektrik enerjisi xərcləri 0,8 %, əmək haqqı xərcləri 15,7 %, sosial sığortaya ayırmalar 3,5 %, əsas vəsaitlərin amortizasiyası 20,4 %, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8 %, nəqliyyat xərcləri 12,1 %, mühafizə xərcləri 2,5 %, mədən vergisi 6,3 %, digər vergilər 4,6 %, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9 % təşkil edir.

Hesabatda deyilir ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş verib. Belə ki, yanacaq xərclərinin 108 min manat (4 %), elektrik enerjisi xərclərinin 886 min manat (12,6 %), əmək haqqı xərclərinin 12 milyon 185 min manat (8 %), sosial sığorta xərclərinin 2 milyon 203 min manat (6,4 %), əsas vəsaitlərin amortizasiya xərclərinin 29 milyon 419 min manat (15,9 %), nəqliyyat xərcləri 15 milyon 483 min manat (13,9 %), digər vergilər 1 milyon 419 min manat (3 %), digər xidmətlər üzrə xərclər 14 milyon 548 min manat (11,8 %) və digər xərclər 8 milyon 752 min manat (27,2 %) artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti