SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 13 %-dən çox artırıb
- 29 dekabr, 2024
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 382,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bildirilir ki, bu, 2023-cü ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 44,9 milyon ABŞ dolları və ya 13,3 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.