SOCAR bu il “Euro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına başlayacaq

Energetika
  • 05 mart, 2024
  • 12:18
SOCAR bu il “Euro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına başlayacaq

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) “Euro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına başlanılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, NEZ ötən il sözügedən məqsədlə qurğuların tikintisini 98,9 % yerinə yetirib.

NEZ-də həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirin minimuma endirilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda ümumilikdə 1 milyon 464,2 min ton avtomobil benzini istehsal edilib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 13,4 % çoxdur. Bu ilin yanvarın 1-nə 45,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

44 filmi