SOCAR birgə müəssisələrindən birinə investisiyaların həcmini açıqlayıb

Energetika
  • 28 iyun, 2024
  • 07:37
SOCAR birgə müəssisələrindən birinə investisiyaların həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ildə “SA Maritime AFEZCO” birgə müəssisəsinin nizamnamə kapitalına 175 milyon manat maliyyə vəsaiti ayırıb.

“Report” xəbər verir ki, SOCAR-ın 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, “SA Maritime AFEZCO” SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında ötən il yaradılmış birgə müəssisədir.

“Birgə müəssisədə hər bir tərəfin payı 50 %-dir. 2023-cü ildə SOCAR bu birgə müəssisənin nizamnamə kapitalına 170 milyon manat (100 milyon ABŞ dolları) ayırıb”, - hesabatda qeyd olunub.

Xatırladaq ki, 2023-cü ildə “SA Maritime AFEZCO” birgə müəssisəsi dedveyti təxminən 115 min ton olan üç “Aframax” tipli tanker (“Şuşa”, “Qarabağ” və “Zəngilan”) alıb.