Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Komanda
  • 02 oktyabr, 2026
  • 22:06
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Kanada Hokkey Federasiyasının prezidenti Ketrin Henderson kifayət qədər səs toplaya bilməyib və IIHF Şurasının yeni tərkibinə seçilməyib.

Kanada sonuncu dəfə 1994-1998-ci illər aralığında dünya hokkeyinin ali idarəetmə orqanında təmsil olunmayıb.

Adıçəkilən ölkə yığması dünya buzüstü hokkeyinin aparıcı və ən titullu millilərindən biridir. Kanada dünya çempionatlarında 28 dəfə qızıl medal qazanıb, həmçinin Qış Olimpiya Oyunlarında 9 dəfə çempion olub, 5 dəfə gümüş və 3 dəfə bürünc medal əldə edib.

IIHF-nin yeni prezidenti almaniyalı Frants Rayndl seçilib. O, 2021-ci ildən federasiyaya rəhbərlik edən fransalı Lük Tardifi əvəz edib. Tardif yenidən prezidentliyə namizədliyini irəli sürməyib.