Səudiyyənin energetika naziri Davos forumunda iştirak etməyəcək

Energetika
  • 22 yanvar, 2019
  • 03:38
Səudiyyənin energetika naziri Davos forumunda iştirak etməyəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edə bilməyəcək.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə nümayəndə heyətindən planla tanış olan mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Nazirin planları dəyişdi, bu il o, foruma gələ bilməyəcək", - deyə qərarın səbəblərini açıqlamayan mənbə bildirib.

44 - Tezliklə