Şatdaunun başa çatması ilə bağlı gözləntilər fonunda "Brent" markalı neft bahalaşıb
Energetika
- 10 noyabr, 2025
- 10:35
ABŞ-də 40 gündür davam edən şatdaunun başa çatması ilə bağlı gözləntilər fonunda bu gün neftin qiyməti artıb.
"Report" xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin bir barelinin yanvar fyuçersləri 0,46 ABŞ dolları (0,72 %) artaraq 64,09 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 1 barelinin dekabr fyuçersləri 0,5 ABŞ dolları (0,84 %) artaraq 60,25 ABŞ dollarına bərabər olub.
ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsinin bərpası istiqamətində mühüm addım ataraq şatdauna son qoyacaq prosedur tədbiri təsdiqləyib. Sənədi 60 senator dəstəkləyib və Senat tərəfindən təsdiqləndikdən sonra baxılmaq üçün ABŞ Konqresinin aşağı palatasına təqdim ediləcək.
Son xəbərlər
11:58
Gürcüstanda uran və radioaktiv maddəni başqa ölkəyə daşımağı planlaşdıran əcnəbilər saxlanılıb
Digər11:55
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək
Futbol11:51
Foto
Göyçayda I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayevlə vida mərasimi keçirilib
Daxili siyasət11:48
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə11:47
Ermənistan Polşa ilə hərbi-texniki əməkdaşlığa dair saziş layihəsini təsdiqləyib
Region11:47
WUF13 iştirakçıları üçün nəqliyyat xidmətləri pulsuz olacaq
Daxili siyasət11:44
İsveçrə neytral vasitəçi imicini qorumaq istəyirsə birtərəfli təşəbbüslərdən çəkinməlidir - RƏY
Xarici siyasət11:41
Cənubi Koreyanın keçmiş müdafiə naziri 30 il müddətinə azadlıqdan məhrum edilib
Digər ölkələr11:40