"Şahdəniz" layihəsi üzrə əsaslı xərclər artıb
Energetika
- 13 may, 2015
- 14:06
Bakı. 13 may. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 0,1 mlrd. dollar əməliyyat xərcləri və 1,1 mlrd dollar əsaslı xərclər çəkilib.
"Report"un BP-nin hesabatına istinadən verdiyi xəbərə görə, əsaslı xərclərdə ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2014-cü ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə $120 milyon əməliyyat xərcləri və $785 milyondan çox əsaslı xərclər çəkilib.
Məlumatda deyilir ki, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.
"Şahdəniz"də BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas(15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%) iştirak payına sahibdir.
Son xəbərlər
22:20
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə22:18
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Bordo mərhələsində mübarizəni dayandırıb
Komanda22:12
FT: Avropada NEZ-lərdə neft emalı həcmi on il ərzində 20% azalacaq
Digər ölkələr22:00
UEFA Konfrans Liqası: "Tvente" - "Qarabağ" oyunu başlayıb
Futbol21:53
Bessent ABŞ dövlət borcu ilə bağlı məlumatların reallığı əks etdirmədiyini hesab edir
Digər ölkələr21:41
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb
Digər ölkələr21:26
"Yuventus"un futbolçusu Artur Melo karyerasını Türkiyədə davam etdirə bilər
Futbol21:11
ABŞ Qətərə 4,5 milyard dollarlıq hərbi texnika satacaq
Digər ölkələr20:45